Model ilə müsahibə: Kayla Klouz

Dəriyə qulluq prosedur və vasitələri, makiyaj və sənəti haqqında danışmaq üçün biz CAR-lı model Kayla Klouz ilə görüşdük ki.

Sən necə model oldun? 
Agentliyin skautu məni 13 yaşımda tapdı. Bu mənim anadan olduğun Durban şəhərində yerli agentlik idi. Lakin model kimi fəaliyyətə 16 yaşında başladım. 

Model olmaq xoşuna gəlir?
Mən bu məşğuliyyəti çox sevirəm. Mən artıq iki ildir işləyirəm, Londonda yaşayıram və bütün Avropa və Asiyaya səyahət edirəm, lakin mənim evim yenə də Ketptaun olaraq qalır. Ən çox Barbadosdakı çəkilişlər xoşuna gəldi - oranın çimərlikləri möhtəşəmdir!  

Sən işinlə bağlı çox səyahət edirsən, səyahət etməyə hazırlaşanlar üçün hər hansı byuti-tövsiyyələrin var?
Həmişə əlimin altında üz üçün sprey olur, uçuş zamanı isə dolğun maskalardan istifadə edir və çoxlu su içirəm. 

Sən hər hansı xüsusi pəhrizə riayət edirsən?
Xeyr, heç bir xüsusi diyetaya riayət etmirəm, sadəcə çalışıram ki, karbohidrat az yeyim və yağsız qidaya daha çox üstünlük verirəm.  

Gündəlik olaraq makiyajdan istifadə edirsən?
İşləmədikdə minimum kosmetikadan istifadə edirəm. Nəmləndirici vasitə, konsiler, ənlik və tuş ilə kifayətlənirəm. 

Sənin dərin mükəmməldir. Onun qayğısına necə qalırsan?
Həftədə iki və ya üç dəfə ölü hüceyrələri təmizləmək üçün üz skrabından istifadə edirəm, yatmazdan əvvəl isə nəmləndirici maska çəkirəm - bu mənim sirli silahımdır!



Kayla tövsiyə edir:

 

BU MƏHSULSUZ NÜNKÜN DEYİL:
Həcm üçün tuş!

 

SAÇLARA QULLUQ ÜZRƏ TÖVSİYƏ:
Mən saçlarımı yüksək temperaturun təsirinə məruz qoymuram, onları təbii yolla qurutmağa üstünlük verirəm. Həftədə bir dəfə isə saçlarıma gecə maskası çəkirəm və onu səhər yuyuram. 


YAY ÜÇÜN BYUTİ-MƏSLƏHƏT:
Mən həmişə SPF 50 faktoruna malik günəşdən müdafiə vasitəsindən istifadə edirəm. Hesab edirəm ki, bu mənim dərim üçün vacibdir. 

 

QIŞ ÜÇÜN BYUTİ-MƏSLƏHƏT:
Mən qaynar sudan istifadə etmirəm və nəmləndirici zərdablar işlədirəm. Soyuq günlərdə quru dəridən canınızı qurtarmaq üçün dərini nəmləndirmək vacibdir. 

 

SƏNİN SEVİMLİ ÜSLUBUN:
Mən "nyud" qammalı dodaq boyası ilə smoki ayzı birləşdirməyi sevirəm.  

Mətn: Şəkil: Oriflame Editorial Team